...

Zərdabda vətəndaş müraciətinin araşdırılmasına mane olan TikToker həbs olunub

Hadisə Materials 22 Oktyabr 2025 14:55 (UTC +04:00)
Zərdabda vətəndaş müraciətinin araşdırılmasına mane olan TikToker həbs olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.

Trend xəbər verir ki, müraciət üzrə araşdırma və izahatların alınması zamanı kənd sakini, özünü fəal TikToker kimi təqdim edən Laçın Əsədov tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti fəaliyyətə qəsdən maneə yaradılıb.

O, intizama dəvət edilsə də öz fəaliyyətini davam etdirib.

Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib və müvafiq qərarla o, inzibati qaydada həbs olunub.

Xəbər lenti

Xəbər lenti