...

ABŞ Senatında Rusiyaya təzyiqlərin artırılmasını nəzərdə tutulan 3 qanun layihəsi səsverməyə çıxarılacaq

Dünya xəbərləri Materials 22 Oktyabr 2025 12:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsi bu gün Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsinə yönəlmiş üç qanun layihəsini səsverməyə çıxaracaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qanun layihələrindən birinə görə, Rusiya bundan sonra terrora sponsorluq edən dövlət kimi təqdim olunacaq, başqa bir qanun layihəsi Moskvaya göstərdiyi dəstəyə görə Çinə iqtisadi sanksiyaların tətbiqi təklif edir.

Üçüncü qanun layihəsi isə ABŞ-da Rusiyaya məxsus dondurulmuş aktivlərin yenidən bölüşdürülməsini və onların hər 90 gündən bir Ukraynaya köçürülməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti