...

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır

Gündəm Materials 22 Oktyabr 2025 15:55 (UTC +04:00)
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılacaq.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri qeyd edib ki, 2026-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı ölkə üzrə 300 manat olacaq.

“Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317, pensiyaçılar üçün 245, uşaqlar üçün 260 manat olacaq”, - deyə M.Quliyev vurğulayıb.

Məlumat üçün bildirək ki, 2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti