...

Azərbaycan Zəngəzur dəhlizini Orta Dəhlizin gücləndirilməsi kimi qiymətləndirir – Rəşad Nəbiyev

İqtisadiyyat Materials 22 Oktyabr 2025 16:23 (UTC +04:00)
Azərbaycan Zəngəzur dəhlizini Orta Dəhlizin gücləndirilməsi kimi qiymətləndirir – Rəşad Nəbiyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz tranzit marşrutlarının şaxələndirilməsinə hədəflənib və Zəngəzur dəhlizini Orta Dəhlizin əsas uzantısı kimi nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə deyib.

“Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar avqustun 8-də əldə olunub. Dünən isə məlum oldu ki,müstəqillik dövrümüzdə və Ermənistanla müharibədən bəri ilk dəfə olaraq, erməni taxılının ərazimizdən keçməsinə icazə verdik”, – deyə Rəşad Nəbiyev bildirib.

Nazir bu marşrutun uzunmüddətli potensialına da diqqət çəkib:

“Dəhlizin buraxıcılıq qabiliyyətini əlavə 15 milyon ton artıracaq Zəngəzur dəhlizinin inkişafında böyük perspektiv var”.

Rəşad Nəbiyev qeyd edib ki, Zəngəzur dəhlizi Poti və Batumi limanları, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə mövcud tranzit marşrutlarını tamamlayır.

“Bu, alternativ deyil, əksinə, bütün nəqliyyat istiqamətinin etibarlılığını gücləndirən amildir. Əgər mən Çindən olan bir müştəriyəmsə və yüklərimin Avropaya çatacağına əmin olmaq istəyirəmsə, Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yolları vasitəsilə müxtəlif marşrut variantlarına sahib olmalıyam”,- deyə nazir izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti