Bakı. Trend:
Estoniyanın “SAL Recruitment” şirkəti ilin sonuna kimi Azərbaycanda filialını açmağı planlaşdırır.
Bunu Trend-ə energetika və maşınqayırma sahələrində işəgötürmə üzrə ixtisaslaşmış “SAL Recruitment” şirkətinin direktoru Evald Qirtsız müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkət azərbaycanlı tərəfdaşları ilə fəal danışıqlar aparır və bir il ərzində ölkədə ofisinin açılması imkanını nəzərdən keçirir.
“Biz həmkarlarımızla burada ilk dəfə martda olmuşuq, indi isə konkret razılaşmalar barədə danışa bilərik. Bizim üçün Azərbaycanda birgə fəaliyyət üçün təməl rolunu oynayacaq tərəfdaşlar tapmaq vacibdir”, - deyə Qirtsız deyib.
“SAL Recruitment” direktoru vurğulayıb ki, şirkət personal icarəsi sahəsində , o cümlədən qaz, neft və qazma üzrə mütəxəssislərnin icarəsi sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.
“Biz Norveç və Niderlandla əməkdaşlıq edirik, qazma qurğularında fəaliyyət göstəririk və ixtisaslı mütəxəssislərin cəlb olunması üçün bütün zəruri sənədləri rəsmiləşdirməyə hazırıq. Azərbaycan bizim üçün perspektivli istiqamətdir”, - deyə direktor əlavə edib.
Qeyd edək ki, şirkət aşağıdakı sahələr üçün mütəxəssislərlə təmin edir:
- Maşınqayırma və metal konstruksiyaların istehsalı sahəsi (qaynaqçılar montajçılar, və s.);
- Sənaye üsullu boyama (toz və maye boyama, metallizasiya daxil olmaqla);
- Günəş panellərinin quraşdırılması, tikinti, o cümlədən infrastrukturun inkişafı;
- Kənd təsərrüfatı və fermerlik;
- Qonaqpərvərlik və təmizlik xidmətləri;
- Balıqçılıq sənayesi üzrə mütəxəssislər.