...

Aşqabadda "Türkmənistanın Neft və Qazı - 2025" konfransı öz işinə başlayıb (FOTO)

İqtisadiyyat Materials 22 Oktyabr 2025 10:32 (UTC +04:00)
Aşqabadda "Türkmənistanın Neft və Qazı - 2025" konfransı öz işinə başlayıb (FOTO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Aşqabad. Trend:

Türkmənistanın paytaxtı Aşqabadda “Enerji. İnnovasiyalar.İnkişaf” şüarı altında “Türkmənistanın neft və qazı – 2025” (OGT 2025) XXX Yubiley Beynəlxalq Konfransı və Sərgisi öz işinə başlayıb.

Trend-in Aşqabada ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, Türkmənistanın müvafiq nazirliklərinin dəstəyi ilə təşkil olunmuş forum 60-dan çox ölkədən olan dövlət strukturlarının, beynəlxalq təşkilatların, maliyyə institutlarının və aparıcı enerji şirkətlərinin nümayəndələrini bir araya gətirib.

Konfransın proqramına plenar iclaslar, tematik sessiyalar və neft-qaz sektoruna dair ən son texnologiya və həllərin nümayiş etdirildiyi sərgi daxildir. Əsas diqqət TAPI transmilli layihəsinin həyata keçirilməsinə, Türkmənistanın Xəzər dənizi sektorunun inkişafına, həmçinin energetika sahəsində innovasiyaların və “yaşıl” texnologiyaların tətbiqinə yönəlib.

Ənənəvi OGT forumu qlobal və regional enerji inkişafı tendensiyalarının müzakirəsi, strateji tərəfdaşlığın möhkəmləndirilməsi və neft-qaz sənayesində dayanıqlı həllərin təşviqi üçün mühüm platforma hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti