Bakı. Trend:
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmalarını yüksək qiymətləndirib.
Trend xəbər verir ki, bu barədə o, Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
M. Tsaxna bildirib ki, Vaşinqtonda bir çox proseslərlə bağlı son qərarlar Azərbaycan və Ermənistan, eləcə də bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir.
"Bu gün həm də Azərbaycan tərəfi ilə nəqliyyat və regional kommunikasiyalar məsələləri müzakirə olunub. Azərbaycan regionda nəqliyyat baxımından çox böyük rol oynayır. Müxtəlif təşəbbüslər var və ölkə bu sektora investisiyalar cəlb edir. Hesab edirəm ki, Avropa İttifaqı burada mühüm rol oynayacaq".