Bakı.Trend:
2025-ci ilin ötən dövrü ərzində 271 nəqliyyat vasitəsində yanğın baş verib. 18 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu fikirləri Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və DİN Baş Dövlət Yol Polisi İdarəsinin iştirakı ilə “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda keçiriləcək tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, son beş ildə nəqliyyat vasitələrində 1689 yanğın hadisəsi baş verib:
“Son 5 ildə baş verən yanğınlarda 12 nəfər həlak olub."
