...

Kapital bazarları ilə bağlı qanunvericilikdə 300-dək təkmilləşdirmə işlərinə ehtiyac var - AMB sədri

İqtisadiyyat Materials 22 Oktyabr 2025 12:42 (UTC +04:00)
Kapital bazarları ilə bağlı qanunvericilikdə 300-dək təkmilləşdirmə işlərinə ehtiyac var - AMB sədri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank öz mandatına uyğun kapital bazarları ilə bağlı işlər görür. İlk yarımillikdə beynəlxalq konsultantla qiymətli kağızlara dair bütün hüquqi, normativ qanun çərçivəsi beynəlxalq təcrübə ilə müqayisə etdikdə bütün fərqləri tapdıq.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

"Qanunvericiliyimiz bu istiqamətdə 300-dək təkmilləşdirmə işlərinə ehtiyac var. Sentyabr ayından başlayaraq kapital bazarlarına aid bütün qanunlara ən pis halda gələn ilin may ayında kapital bazarlarında mümkün dəyişikliklərlə bağlı artıq aidiyyəti qurumlarla son versiyanı paylaşmağı və gələn ilin sonunadək təsdiqlənməsini planlaşdırırıq", - sədr vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti