...

Gürcüstanda Beşinci İpək Yolu Beynəlxalq Forumu keçirilir

Siyasət Materials 22 Oktyabr 2025 10:30 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda V İpək Yolu Beynəlxalq Forumu işə başlayıb.

Trend xəbər verir ki, iki gün davam edəcək forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yaratmaqdır.

Forumda Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir və Baş nazir forumun əsas spikerlərindən biridir.

Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.

Forumda ticarətin asanlaşdırılması, elektron kommersiyanın inkişafı, rəqəmsal rabitə, nəqliyyat infrastrukturu və enerji sektorunun inkişafı və modernləşdirilməsi və s. aktual məsələlər müzakirə olunacaq. Rəsmi açılışdan sonra forum işini panel iclaslarda davam etdirəcək.

Azərbaycan nümayəndə heyətinin üzvləri panel iclaslarda çıxış edəcəklər.

Forumda 60-dan çox ölkədən 2000-dən çox nümayəndə iştirak edir. Forum başlamamışdan əvvəl bir sıra irimiqyaslı layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri. TANAP, Qara dəniz sualtı kabel və digər layihələr barədə sənədli film nümayiş etdirilib.

Forum oktyabrın 23-də başa çatacaq.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti