...

Mərkəzi Bankın sədri: Hazırda “BTB Bank”ın fəaliyyəti ilə bağlı hər hansı problem görmürük

İqtisadiyyat Materials 22 Oktyabr 2025 13:16 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda “BTB Bank”ın Mərkəzi Bankın tələblərinə cavab verməməsi ilə bağlı bir fakt yoxdur. Biz bunu nəzarət altında saxlayırıq. Bank dayanıqlıdır.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, “BTB Bank” bütün prudensial tələblərə riayət edir.

“Cəlb edilmiş əmanətlərin 96,3 faizi sığortalıdır. Bankın fəaliyyəti ilə bağlı hər hansı problem görmürük. Bizim nəzarət tədbirlərimizin nəticəsi olaraq bankın dayanıqlılığı artıb və fəaliyyətini davam etdirir”, - deyə Taleh Kazımov əlavə edib.

Xəbər lenti

Xəbər lenti