...

Azərbaycan-Gürcüstan energetika tərəfdaşlığı beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib – Baş nazir

Siyasət Materials 22 Oktyabr 2025 10:50 (UTC +04:00)
Azərbaycan-Gürcüstan energetika tərəfdaşlığı beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib – Baş nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Energetika sahəsində Azərbaycan ilə Gürcüstan arasında qurulmuş uzunmüddətli səmərəli tərəfdaşlığın əhəmiyyətini vurğulamaq istərdim. Bu strateji tərəfdaşlıq artıq regional sərhədləri aşaraq beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan-Gürcüstan energetika əməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionun sabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışın təzahürüdür.

“Bu əməkdaşlığın əsasını Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr təşkil edir.

Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerji resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına çatdırılmasını təmin edib.

Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin vacib komponentinə çevrilib.

Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir”, - deyə Ə. Əsədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti