...

Mərkəzi Bank valyuta bazarına satışyönlü müdaxilə edəcəyini ehtimal edir

İqtisadiyyat Materials 22 Oktyabr 2025 11:42 (UTC +04:00)
Mərkəzi Bank valyuta bazarına satışyönlü müdaxilə edəcəyini ehtimal edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Valyuta bazarında tələbin təklifdən az olması davam etsə, yəqin ki, biz alış yönlü müdaxilə edəcəyik.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

"Amma hər hansı bir məbləğ söyləməyimiz düzgün olmaz. Hazırda 9 ayın nəticələrinə baxdıqda valyuta bazarında təklif kifayət qədər yüksəkdir.

Belə olduqda, ehtimal ki, biz valyuta bazarına alış yönlü müdaxilə edəcəyik. Amma bu məbləğin 600 milyon dollar, 300 milyon dollar və ya 900 milyon dollar olacağını söyləməyimiz doğru olmaz. Çünki ilin sonuna kimi hələ büdcə xərcləri var və bunları nəzərə almaq lazımdır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti