...

Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə hazırdır - Paşinyan

Siyasət Materials 22 Oktyabr 2025 11:05 (UTC +04:00)
Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə hazırdır - Paşinyan
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında deyib.

“Biz təkcə siyasi deyil, həm də texniki baxımdan - sözün əsl mənasında bu gündən etibarən, heç bir mübaliğəsiz - Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük avtomobillərinin Ermənistan Respublikası ərazisi vasitəsilə tranzitini təmin etməyə hazırıq. Həm yollar, həm də Ermənistan ərazisindəki sərhəd infrastrukturu bunun üçün hazırdır”, - deyə o qeyd edib.

Paşinyan əlavə edib ki, siyasi baxımdan da Ermənistan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında öz ərazisi vasitəsilə tranziti təmin etməyə hazırdır.

“Lakin texniki baxımdan bu istiqamət üzrə hələlik Naxçıvan ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəmir yolu xəttinin təmiri və ya yenidən qurulması tələb olunur. Mən əminəm — və siz də buna əmin ola bilərsiniz — bu texniki məsələlər qarşıdakı iki-üç il ərzində həllini tapacaq. Yaxın perspektivdə həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisi vasitəsilə birləşdirən boru kəmərləri və elektrik ötürmə xətləri, eləcə də Azərbaycan–Ermənistan–Türkiyə istiqamətində əlaqələr də yaradılacaq”, - deyə Ermənistan baş naziri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti