Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron qarətlə bağlı insidentdən sonra Luvr muzeyində əlavə təhlükəsizlik tədbirlərinin tətbiqini sürətləndirməyi tapşırıb
Trend xəbər verir ki, bu barədə Yelisey sarayında keçirilən brifinqdə hökumətin rəsmi nümayəndəsi, deleqat-nazir Mod Brejon danışıb.
“Əlavə təhlükəsizlik tədbirləri hazırlıq mərhələsində olub. Prezident (muzey rəhbərliyindən) onların gerçəkləşdirilməsini sürətləndirməyi tələb edib”,- deyə o bildirib.
Brejon Luvr rəhbəri Lorans de Karın prezidentə istefa ərizəsini təqdim etməsi ilə bağlı yayılan şayiələri şərh etməkdən imtina edib.
“İnzibati araşdırma davam edir. Onun sona çatmasını gözləmək lazımdır”, - deyə deleqat-nazir qeyd edib.