...

Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 22 Oktyabr 2025 14:21 (UTC +04:00)
Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri xanım Sanae Takaiçiyə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Baş nazir,

Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti