...

Azərbaycanın ödədiyi borcun həcmi açıqlanıb

İqtisadiyyat Materials 22 Oktyabr 2025 15:35 (UTC +04:00)
Azərbaycanın ödədiyi borcun həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 6,1%-i və ya 1,517 milyard manatı dövlət borcuna xidmətlə bağlı xərclər olub.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 221,3 milyon manat və ya 17,1% çoxdur.

Bu ilin ilk 9 ayında daxili dövlət borcu üzrə 449,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1,067 milyard manat olmaqla (əsas borc üzrə 740,8 milyon manat, faiz borcu üzrə 326,1 milyon manat) ödənilib.

Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2,400 milyard manat vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti