...

Vərəm ana südü ilə keçə bilərmi? - Səhiyyə Nazirliyindən açıqlama

Cəmiyyət Materials 22 Oktyabr 2025 15:44 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Əgər vərəm hamiləlik dövründə baş veribsə və vaxtında müalicə olunursa, adətən uşağın sağlamlığına ciddi təhlükə yaranmır”.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

Onun sözlərinə görə, əksinə, müalicə gecikərsə, ana zəifləyir, oksigen çatışmazlığı və qidalanma pozğunluğu səbəbindən dölün inkişafı geriləyə bilər, erkən doğuş və ya az çəkili körpə riski artır:

“Burada əsas məsələ müalicənin mütəxəssis nəzarəti altında və təhlükəsiz preparatlarla aparılmasıdır, çünki bəzi dərmanlar hamiləlikdə istifadə olunmur, digərləri isə xüsusi nəzarətlə təyin edilir”.

İnstitutun direktoru bildirib ki, körpə vərəmli anadan doğulsa belə, əgər ana vaxtında müalicə alır və yoluxucu fazadadırsa, uşaq izolyasiya və profilaktik müalicə altında qoruna bilər:

“Bu zaman körpənin müvafiq müşahidəsi və BCG peyvəndi çox vacibdir. Peyvənd adətən doğuşdan bir neçə həftə sonra, həkimin qərarına əsasən vurulur.

Qeyd edim ki, vərəm ana südü ilə keçmir. Amma ana açıq (yoluxucu) vərəm forması daşıyırsa, öskürək və hava-damcı yolu ilə uşağı yoluxdura bilər. Bu halda ana südvermə zamanı maskadan istifadə etməlidir. Südvermədən əvvəl əllərini və sinəsini təmiz saxlamalıdır. Bəzi hallarda həkimlər müvəqqəti süni qidalanma məsləhət görə bilər — bu, ananın vəziyyətindən asılıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti