Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən ölkənin müdafiə və milli təhlükəsizliyə 5,212 milyard manat xərclənib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% və ya 702 milyon manat çoxdur.
Qeyd edək ki, 9 ayda dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8,396 milyard manat ayrılıb.
Beləliklə, hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərclərinin 62,1%-i icra edilib.