...

Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb (FOTO)

Siyasət Materials 22 Oktyabr 2025 15:20 (UTC +04:00)
Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti