...

Heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır

Gündəm Materials 22 Oktyabr 2025 17:08 (UTC +04:00)
Heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İri və xırdabuynuzlu mal-qaranın təhlükəli infeksion xəstəliklərdən qorunmasını təmin etmək məqsədilə profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə heyvan satışı məntəqələrində, xüsusilə də mal bazarlarında mexaniki təmizləmə və dezinfeksiya tədbirlərinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi növbəti tədbir Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarında baş tutub.

Bazar ərazisi mexaniki yolla təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin əməkdaşları xüsusi texnika vasitəsilə ərazini tam şəkildə dərmanlayıblar. Profilaktik dezinfeksiya tədbirlərinin keçirilməsində məqsəd heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi tədbirlər planı çərçivəsində bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdə yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti