...

Xaçmazın Qıraqlı kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2025 18:20 (UTC +04:00)
Xaçmazın Qıraqlı kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qıraqlı kəndində səyyar qəbul keçirib.

Trend xəbər verir ki, qəbulda Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qıraqlı, Çinartala, Manafoba, Ağaşirinoba və Palçıqoba kəndlərinin sakinlərinin müraciətləri dinlənilib.

Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər, həmçinin yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, həyatyanı torpaq sahələrinin ayrılması, tibb məntəqəsinin və mədəniyyət evinin açılması ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll olunub.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti