Bakı. Trend:
“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Trend xəbər verir ki, gənc vinger buna Liqa mərhələsinin 3-cü turunda “Olimpiakos”a (Yunanıstan) qalib gəldikləri matçda (6:1) iştirak etməklə nail olub.
18 yaşlı ispaniyalı oyunçu ÇL-də 25 matçda meydana çıxan ən gənc futbolçudur.
Daha əvvəl Uorren Zair-Emeri bunu 19 yaş 32 günündə, Sesk Fabreqas 19 yaş 292 günündə, Anderson Oliveyra 19 yaş 326 günündə bunu bacarıb.