Bakı. Trend:
ABŞ-nin elektrik avtomobil istehsalçısı Tesla, batareya paketininin komponentindəki problem səbəbindən təxminən 13 min avtomobilini geri çağıracağını açıqlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin müəyyən 2025 Model 3 və 2026 Model Y avtomobilləri geri çağırılacaq. Belə ki, nasazlıq halında avtomobillər güc itirə bilər ki, bu da qəza riski yaradır.
Geri çağırılacaq avtomobillərin sayı 12 963 olaraq bildirilir.
Tesla problemli komponenti pulsuz olaraq dəyişdirəcək. Aavtomobil sahiblərinə bildiriş məktublarının 9 dekabr tarixində göndərilməsi planlaşdırılır.