...

Yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb

Energetika Materials 22 Oktyabr 2025 17:34 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac edilən neftin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 59 milyon ABŞ dolları həcmində 119,5 min ton bitum süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134 milyon ABŞ dolları və ya 69,4 faiz, həcm baxımından isə 233 min ton və ya 66,9 faiz azdır.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 193 milyon ABŞ dolları dəyərində 352,5 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8 milyard 939 milyon ABŞ dolları dəyərində 16 milyon 996 min ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac olunub.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyard 69 milyon ABŞ dolları və ya 18,8 faiz, həcmi baxımından isə 613 min ton və ya 3,5 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti