Bakı. Trend:
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs ona qarşı sürülən ittiham razılaşmayıb və işə xitam verilməsini istəyib.
Dövlət ittihamçısı vəsatəti əsassız sayıb və təmin edilməməsini istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmə baxışa verilib.
Məhkəmənin baxış iclası 5 noyabrda keçiriləcək.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.