...

ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 22 Oktyabr 2025 19:34 (UTC +04:00)
ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

20-22 oktyabr tarixlərində Azərbaycanın Ekvadorda akkreditə olunmuş səfiri Rəşad Novruzun bu ölkəyə işgüzar səfəri baş tutub.

Azərbaycan Respublikasının Ekvadordakı Səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Ekvadorun Ətraf Mühit və Enerji Nazirliyində, Xarici İşlər Nazirliyində və digər dövlət qurumlarında görüşlər keçirilib.

Görüşlərdə iki ölkə arasında gündəlikdə duran məsələlər müzakirə olunub, siyasi, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfində səfir R.Novruz, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi naziri vəzifəsini icra edən Alexandro Davalos imzalayıblar.

İmzalanma mərasimindən sonra Ekvador Diplomatik Akademiyasının direktoru Alexandro Suaresin müşayiəti ilə təhsil ocağı ilə tanışlıq həyata keçirilib, gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Ümumilikdə səfər, cari ilin sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ekvador XİN rəhbərləri Ceyhun Bayramov və Qabriela Sommerfeld arasında baş tutmuş görüş çərçivəsində müzakirə edilmiş məsələlərin, o cümlədən əldə edilmiş razılığın irəlilədilməsi məqsədi daşıyıb.

Ekvadora səfər çərçivəsində həmçinin bu ölkədə yaşayan həmvətənlərimizlə görüş keçirilmiş, onların həyat tərzi və əmək fəaliyyəti ilə maraqlanılıb.

Xəbər lenti

Xəbər lenti