...

Bakı metrosunda sərnişin ölüb

Hadisə Materials 22 Oktyabr 2025 18:46 (UTC +04:00)
Bakı metrosunda sərnişin ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Bakı Metropoliteni adından mərhumun ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti