...

Milli Məclisin deputatı Borjomidə QDİƏT PA-nın komitə iclasında iştirak edəcək

Siyasət Materials 22 Oktyabr 2025 18:33 (UTC +04:00)
Milli Məclisin deputatı Borjomidə QDİƏT PA-nın komitə iclasında iştirak edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Səbinə Salmanova oktyabrın 23-də Gürcüstanın Borjomi şəhərinə səfər edəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkili səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak edəcək.

Tədbirdə “QDİƏT Regionunda Davamlı Sosial-İqtisadi İnkişaf üçün Süni İntellekt - Hüquqi Aspektlər” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edilib ki, səfər oktyabrın 25-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti