Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxil olan vəsaitlərin 1,748 milyard manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi olub.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon manat və ya 1,1% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyard manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 943,1 milyon manat və ya 7,1% çoxdur.
Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i və ya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.