...

“Qalatasaray” Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

İdman Materials 22 Oktyabr 2025 22:57 (UTC +04:00)
“Qalatasaray” Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

Bakı. Trend:

Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Trend xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. Digər qolu Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.

Bu nəticədən sonra turnir cədvəlində "Qalatasaray" 6 xalla 11-ci, "Budyo Qlimt" isə 3 xalla 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Türkiyə klubu ötən tur evdə İngiltərə "Liverpul"una minimal hesabla qalib gəlib.

Xəbər lenti

Xəbər lenti