Bakı.Trend:
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts, Suriyaya qarşı tətbiq edilən sanksiyaların daha da yumşaldılmasının vacib olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasına çağırış edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Uolts çıxışında deyib ki, ABŞ Prezidenti Donald Tramp-ın mesajları bu istiqamətdə fürsətlər yarada bilər və buna əsaslanaraq, bəzi sanksiyaların aradan qaldırılması da daxil olmaqla yumşaltma tədbirləri mümkündür.
ABŞ-nin daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurası üzvlərini aşağıdakıları etməyə çağırıb:
1267 saylı qərar çərçivəsində sanksiyalara məruz qalan bəzi suriyalı liderlərə yönəlmiş tədbirlərin aradan qaldırılması da daxil olmaqla, Suriyaya qarşı sanksiyaların yumşaldılması səylərinə dəstək göstərilməsi.
Suriyanın qonşu ölkələri — Səudiyyə Ərəbistanı, Qatar, Türkiyə, İordaniya və s. — tərəfindən bu ölkənin institutları və iqtisadiyyatı üçün göstərilən dəstək təşəbbüslərinə müsbət yanaşılması.