Bakı. Trend:
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.
Trend xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həyatını itirib.
Vilayət qubernatoru Aleksey Tekslerin "Telegram" kanalında yazdığına əsasən, "Kopeysk şəhərindəki müəssisələrdən birində partlayış baş verib. Təəssüf ki, həlak olanlar var. Şəhər sakinlərinə və mülki obyektlərə heç bir təhlükə yoxdur. Çurilovo mikrorayonundakı yaşayış binalarının bir hissəsində pəncərələr sınıb".
Hadisə yerinə operativ qrup göndərilib və qərargahın fəaliyyəti təşkil olunub.
Bir sıra "Telegram" kanallarının məlumatına görə, partlayış “Plastmass” zavodunda baş verib. İlkin versiyaya görə, hadisəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.