...

UEFA Çempionlar Liqası: "Qarabağ" "Atletik"ə məğlub olub (YENİLƏNİB-4) (VİDEO)

İdman Materials 22 Oktyabr 2025 22:38 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Qarabağ" "Atletik"ə məğlub olub (YENİLƏNİB-4) (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində “Atletik” - “Qarabağ” oyunu keçirilib.

Trend xəbər verir ki, İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda təşkil olunan görüş "Atletik"in qələbəsi ilə yekunlaşıb - 3:1.

Qarşılaşmanı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edib.

xxx

22:20

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Atletik” “Qarabağ”la matçda ikinci qolunu vurub.

Trend xəbər verir ki, 70-ci dəqiqədə Navarro topu Ağdam klubunun qapısından keçirib - 2:1.

xxx

21:32

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Atletik” ilə “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab bərabərləşib.

Trend xəbər verir ki, Quruzeta 40-cı dəqiqədə topu Ağdam klubun qapısından keçirib.

xxx

20:48

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Atletik” ilə “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.

Trend xəbər verir ki, 1-ci dəqiqədə “Qarabağ”-ın futbolçusu Leandro Andrade qapıya yol tapıb: 0-1

xxx

20:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Atletik” ilə “Qarabağ” komandaları arasında keçirilən oyun başlayıb.

Trend xəbər verir ki, Bilbao şəhərindəki "San Mames" stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 20:45-da start götürüb.

Qarşılaşmanı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.

Xəbər lenti

Xəbər lenti