...

Tunis yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində azı 40 nəfər ölüb

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 04:59 (UTC +04:00)

Bakı. Trend:

Tunis sahilləri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində azı 40 nəfər həyatını itirib.

Trend xəbər verir ki, qayıqda ümumilikdə 70 miqrant olub və onlar qeyri-qanuni yolla Avropaya keçməyə cəhd ediblər. Hadisə nəticəsində 30 nəfər xilas edilib.

Qeyd edək ki, son illərdə Şimali Afrika sahilləri Avropa İttifaqının cənub sahillərinə qeyri-qanuni miqrasiya cəhdlərinin əsas marşrutlarından birinə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu kimi miqrant axınları zamanı qayıqların batması nəticəsində minlərlə insan həyatını itirib.

Xəbər lenti

Xəbər lenti