Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb.
Trend xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlama verib.
O, görüşün “lazımi nəticəyə gətirib çıxarmayacağı qənaətinə gəldikləri üçün” ləğv edildiyini bildirib.
“Biz Prezident Putinlə görüşü ləğv etdik. Mənə elə gəldi ki, istənilən məqsədə nail ola bilməyəcəyik”, – deyə Tramp qeyd edib.