...

Radar sürücünü təhlükədən çəkindirən vasitədir — DİN

Cəmiyyət Materials 23 Oktyabr 2025 09:09 (UTC +04:00)
Radar sürücünü təhlükədən çəkindirən vasitədir — DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi sürücüləri bir daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritet istiqamətlərindəndir.

DİN-in Mətbuat Xidmətindən qeyd edilib ki, baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır:

"Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir.

Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti