...

Bu ilin 9 ayında müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ məlum olub

Cəmiyyət Materials 23 Oktyabr 2025 10:54 (UTC +04:00)
Bu ilin 9 ayında müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 502 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənilib:

"Cari ilin 9 ayında 119 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 840 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti