Bakı. Trend:
Avropa İttifaqı rəsmən Rusiyaya qarşı sayca 19-cu sanksiyalar paketini təsdiqləyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, Moskvaya qarşı yeni məhdudlaşdırıcı ölçülər paketində Avropa ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz alınmasının qadağan edilməsi və Rusiyalı diplomatların ittifaqın hüdudlarında sərbəst hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulur.
Bundan başqa, Rusiyaya qarşı 18-ci sanksiyalar paketi 18 iyul 2025-ci ildə Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənib və 20 iyul 2025-də qüvvəyə minib. Paketdə neft məhsulları üzrə idxal məhdudiyyətləri (xam neftin barrelinin qiyməti $60-dan $47,6-ya endirilib), Nord Stream 1 və 2 boru kəmərləri ilə əlaqəli əməliyyatların tam qadağanı, 105 gəmiyə liman girişi yasağı, və Rusiyanın maliyyə institutlarına, o cümlədən 22 yeni banka maliyyə əməliyyatları qadağanı kimi əsas məhdudlaşdırıcı tədbirlər yer alıb.