...

Dövlət qeydiyyatına hansı dərmanlar alınır?

Cəmiyyət Materials 23 Oktyabr 2025 10:07 (UTC +04:00)
Dövlət qeydiyyatına hansı dərmanlar alınır?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinin müdir müavini Azər Həsənov Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində səsləndirib.

Onun sözlərinə görə, generiklər - orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına alınır:

“Həmçinin, bu siyahıya dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyalarının, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələrinin, eləcə də dərman maddələri daxildir. Bütün bu sadalananlar “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3.-cü maddəsi ilə tənzimlənir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti