Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 29,1%-ni Avropaya yatırılan investisiyalar təşkil edib.
Trend bu barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz bəndi azdır.
Bununla yanaşı, cari ilin iyulun 1-nə Fondun investisiya portfelinin 24,8%-ni Şimali Amerikaya (ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz bəndi az), 8,5%-ni Asiyaya (2,3 faiz bəndi az), 1,4%-ni Yaxın Şərqə, 1%-ni Yeni Zellandiya və Avstraliyaya (0,3 faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya (əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib. Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndi çox).
Qızıla investisiyalar portfelin 32,8%-i, beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 2,3%-i qədər olub.