Bakı. Trend:
Cəbrayıl rayonunda əkin-səpin kampaniyasına başlanılıb.
Trend xəbər verir ki, bu məqsədlə 13340 hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır.
Bildirilib ki, əkinlərin 1710 hektarının suvarılan ərazilərdə aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən 9657 hektardan çox sahədə şum aparılıb ki, bu da proqnozlaşdırılan əkinlərin 72 % -ni təşkil edir. Aparılmış şumun 9200 hektarı işğaldan azad edilmiş ərazilərdədir.
Qeyd edək ki, bu günə qədər rayon üzrə 221 hektarda əkin
aparılıb. Aparılan əkinlərin 85 hektarı buğda, 136 hektarı isə
arpadır.