...

Bakının iki rayonundakı qəzalı binaların söküntüsünə başlanılır

Cəmiyyət Materials 23 Oktyabr 2025 10:01 (UTC +04:00)
Bakının iki rayonundakı qəzalı binaların söküntüsünə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işləri aparılacaq.

Trend-in məlumatına görə, söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6, Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39 və Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını "Global Engineering Management Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 21 948 manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti