...

Yeni Zelandiyada 100 mindən çox müəllim və tibb işçisi etiraz edir

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 09:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Zelandiyada tibb və təhsil sektorunda çalışan işçilərin ümumilli tətili keçirilir.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, əmək haqqlarının qaldırılması, əmək şəraitinin yaxşılaşdırılması və hökumətin həmkarlar ittifaqları ilə danışıqlar aparması tələbi ilə keçirilən etiraz aksiyasında 100 mindən çox müəllim, tibb bacısı və həkim iştirak edir.

“Ölkənin hökuməti reallıq hissindən uzaqdır və görünən odur ki, nə həkimlərin və müəllimlərin zəhmətinə, nə də onların özünə dəyər verir”, - Yeni Zelandiyanın həmkarlar ittifaqları şurasının rəsmisi Riçard Vaqstaff bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti