...

ARDNF istiqraz portfelində "AA", “A” “BBB” reytinqli alətlərin payını artırıb

İqtisadiyyat Materials 23 Oktyabr 2025 11:40 (UTC +04:00)
ARDNF istiqraz portfelində "AA", “A” “BBB” reytinqli alətlərin payını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 36,7%-i “AA” reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz bəndi çox) olub.

Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Fond “AAA” reytinqli alətlərin xüsusi çəkisini 58,9%-dan 24,9%-a endirib.

Əvəzində Fond “A” reytinqli alətlərin xüsusi çəkisini 12,6%-dən 24,1%-ə, “BBB” reytinqli alətlərin xüsusi çəkisini 7,9%-dən 13,6%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,3%-dən 0,7%-ə yüksəldib.

Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 14,4%-i 0-1 il, 27,7%-i 1 ildən 3 ilədək, 30,5%-I 3-5 il, 27,4%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 13,1%, 29,3%, 26,3% və 31,3% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti