...

Dələduzluq etməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Hadisə Materials 23 Oktyabr 2025 12:06 (UTC +04:00)
Dələduzluq etməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Bakı. Trend:

Bakıda vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə təqsirləndirilən Natiq Kərimovun kassasiya şikayəti üzrə məhkəmə sonuncu prosesi keçirilib.

Trend xəbər veri ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirlən şəxsin şikayəti təmin edilərək cəzası 6 ildən 5 ilə endirilib.

İttihama görə, təqsirləndirilən Natiq Kərimov Nazirliyinin vəzifəli şəxsi kimi biruzə verib. O,zərərçəkmişi məktəblərin birində vəzifəyə təyin etdirəcəyinə dair söz verib. Bunun qarşılığında zərərçəkmişdən külli miqdarda pul alıb.

Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilən Natiq Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti