...

Paytaxtda daha 4 ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb

Cəmiyyət Materials 23 Oktyabr 2025 14:50 (UTC +04:00)
Paytaxtda daha 4 ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-ci kilometr bazarı”nın qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu” metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun qarşısında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlər təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Qeyd edək ki, AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti