...

Gələn il sosial müdafiə və sosial təminat xərcləri artırılacaq

Cəmiyyət Materials 23 Oktyabr 2025 17:30 (UTC +04:00)
Gələn il sosial müdafiə və sosial təminat xərcləri artırılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4873,0 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 121,2 milyon 32 manat və ya 2,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 721,8 milyon manat və ya 17,4 faiz çoxdur.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz (2025-ci illə müqayisədə 0,2 faiz-bəndi çox) təşkil edəcək. 2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz-bəndi, mütləq ifadədə isə 1408,6 milyon manat və ya 40,7 faiz artıb.

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2750,9 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2025-ci illə müqayisədə 150,7 milyon manat və ya 5,8 faiz çoxdur.

2026-cı il üçün nəzərdə tutulmuş sosial müdafiə və sosial təminat xərclərindən əhaliyə yaşa, əlilliyə, ailə başçısını itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 2144,7 milyon manat (2025-ci ilə nisbətən 201,8 milyon manat və ya 10,4 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465,0 milyon manat, haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141,2 milyon manat vəsait proqnozlaşdırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti