...

2026-cı ildə Azərbaycanda əhalinin gəlirlərinin real artım tempi bu həddə olacaq

Maliyyə Materials 23 Oktyabr 2025 16:54 (UTC +04:00)
2026-cı ildə Azərbaycanda əhalinin gəlirlərinin real artım tempi bu həddə olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi 2026-cı ildə 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi 2026-cı ildə 3,5 faiz səviyyəsində, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cı ildə 6,9 faiz, 2027–2029-cu illərdə isə orta illik 2,9 faiz, qeyri neft-qaz sektorunda isə müvafiq olaraq 1,1 faiz və 4,8 faiz artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti