...

Azərbaycandan Serbiyaya indiyədək ixrac olunan qazın həcmi açıqlanıb

İqtisadiyyat Materials 23 Oktyabr 2025 17:42 (UTC +04:00)
Azərbaycandan Serbiyaya indiyədək ixrac olunan qazın həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub.

Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes forumunda bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın Dövlət Neft Fondu Serbiyada 72,7 milyon ABŞ dolları həcmində investisiya portfelinə malikdir: “Həmçinin Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrik stansiyasının inşası üzrə SOCAR, EPS və Srbijagas şirkətlərinin əməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti